Hadisə

Bakıda qadın ərini öldürüb həyətdə basdırdı, üzərində güllər əkdi

22 Oktyabr 2025 15:48
Baxış: 1 184
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabunçu rayonunda bir müddət əvvəl itkin düşmüş şəxsin qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də onun ailə üzvləri polisə müraciət edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, S. Əliyev həyat yoldaşı, 1986-cı il təvəllüdlü Elmira İbrahimova tərəfindən ov tüfəngi ilə öldürülüb. Qadın meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırıb.

Cinayəti törətməkdə şübhəli bilinən E. İbrahimova saxlanılıb və istintaqa təhvil verilib. Fakt üzrə cinayət işi başlanıb, araşdırma davam edir.

Əldə olunan məlumata qadın izi itirmək üçün ərini basdırdığı yerdə güllər əkibmiş. /Qafqazinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.