İdman

Həbib döyüşdən imtina etdi

21 İyul 2020 18:39
Baxış: 1 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurmaqomedov UFC-253 çempionatında iştirak etməyəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Rizvan Maqomedov məlumat verib: "Həbib bu turnirdə çıxış etməyəcək".

Bu turnir çərçivəsində Həbib ABŞ təmsilçisi Castin Geyci ilə mübarizə aparmalı idi.

İyulun 3-də Həbib Nurmaqomedov atası və məşqçisi Abdulmanap Nurmaqomedov koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir.

Əlavə edək ki, Abu Dabida keçiriləcək turnirə sentyabrın 19-u start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.