İdman

"Yuventus" Ronaldonun qolları sayəsində "Latsio"nu məğlub etdi

21 İyul 2020 07:55
Baxış: 1 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində Turin şəhərinin "Yuventus" klubu pataxt Romanın təmsilçiləri "Latsio"nu qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun Turin təmsilçilərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Yuventus"un heyətində qolları Kriştiano Ronaldo vurub, rəqib komandanın yeganə qolunun müəllifi isə Çiro İmmobile olub.

Qeyd edək ki, K.Ronaldo İtaliya çempionatının 30 oyununda 30 qol vurub və bu göstəricidə siyahını lideri Ç.İmmobileyə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.