İdman

"Alaves" - "Barselona" oyununda 5 qol vuruldu

19 İyul 2020 21:35
Baxış: 1 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İspaniya La Liqasının sonuncu - 38-ci turun oyunlarına start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çempionatda gümüş medalların artıq təmin edən "Barselona" sonuncu turda səfərdə "Deportivo Alaves" komandasının qonağı olub.

Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.

"Barselona"nın heyətində Ansu Fati, Lionel Messi (2), Nelson Semedu və Luis Suares fərqləniblər.

"Barselona" 38 tura 82 xal, "Deportivo Alaves" isə 39 xal toplayıb.

Turun son 9 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.