İdman

"Qarabağ" "Keşlə" ilə yoxlama oyununda əzmkar qələbə qazanıb

18 İyul 2020 20:33
Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanı avrokuboklarda təmsil edəcək iki komanda - "Qarabağ"la "Keşlə" bu gün yoxlama görüşündə üz-üzə gəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, müvafiq olaraq Çempionlar Liqası və Avropa Liqasında mübarizə aparacaq klublar Qəbələ şəhər stadionunda qarşılaşıblar.

Rəvan Həmzəzadənin idarə etdiyi oyunda komandalar hərəsi 30 dəqiqədən ibarət 3 hissə mübarizə aparıblar. Matçda hesabı Premyer Liqanın bürünc mükafatçısı açsa da, çempion əzmkar qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasına hazırlığı Qəbələdə, "Keşlə" isə Avropa Liqası üçün toplanışı Şamaxıda keçir.

Yoxlama görüşü
18 iyul

17:30. "Qarabağ" - "Keşlə" - 3:1
Filip Ozobiç (2), Mahir Emreli - Aleksandr Kristovao
Qəbələ şəhər stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.