İdman

"Liverpul" Adam Lallana ilə yeni müqavilə imzalamayacaq

9 İyul 2020 08:43
Baxış: 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Liverpul" futbol klubunun futbolçusu Adam Lallana cari mövsüm başa çatdıqdan sonra, komandadan ayrılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Yurgen Klopp məlumat verib. Almaniyalı mütəxəssis 32 yaşlı yarımmüdafiəçi ilə başa çatacaq müqaviləni qarşılıqlı razılaşma əsasında yeniləməyəcəklərini deyib: "Adamın "Liverpul"dan ayrılacağı aydındır. O, yaxşı futbolçudur və məşqlərdə iştirakı ilə hər kəsə nümunədir. Adam peşəkardır, ona çox hörmət edirik. Mənim üçün Adam artıq "Liverpul"un əfsanəsidir və gələn mövsümdən başqa yerdə bir əfsanə ola bilər".

Qeyd edək ki, A.Lallana 2014-cü ildən "Liverpul"da oynayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.