İdman

Premyer Liqa: kim, nə vaxt, harada?

21 Aprel 2010 14:39
Baxış: 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Premyer Liqada XXIX tur oyunlarının başlama saatları və keçirilmə yerləri müəyyənləşib.

Aprelin 23-də 4, aprelin 24-də isə 2 oyun baş tutacaq.
Turun birincü günü ilk altılıqda qərar tutan paytaxt komandaları - "Bakı" və "Neftçi" mərkəzi stadionda  üz-üzə gələcək. Turun mərkəzi qarşılaşması da həmin gün- aprelin 23-də keçiriləcək. Belə ki, "Xəzər Lənkəran" çempionluq yarışında əzəli rəqibi "İnter"i "fırtınalar meydanı"nda sınağa çəkəcək.

İlk altılığın digər komandaları - "Qarabağ"la "Qələbə" arasında oyun isə aprelin 24-də Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.

23 aprel (cümə)

"Bakı" - "Neftçi"
T.Bəhramov adına Respublika stadionu. Saat 17:15

"Olimpik-Şüvəlan" - "Simurq"
"Şəfa" stadionu. Saat 16:00

"Turan" - "Standard"
Tovuz şəhər stadionu. Saat 16:00

"Xəzər Lənkəran" - "İnter"
Lənkəran şəhər mərkəzi stadionu. Saat 18:00

24 aprel (şənbə)

"Muğan" - "Karvan"
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00

"Qarabağ" - "Qəbələ"
Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00

/Fanat.az/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.