Premyer Liqa: kim, nə vaxt, harada?
21 Aprel 2010 14:39
Premyer Liqada XXIX tur oyunlarının başlama saatları və keçirilmə yerləri müəyyənləşib.
Aprelin 23-də 4, aprelin 24-də isə 2 oyun baş tutacaq.
Turun birincü günü ilk altılıqda qərar tutan paytaxt komandaları - "Bakı" və "Neftçi" mərkəzi stadionda üz-üzə gələcək. Turun mərkəzi qarşılaşması da həmin gün- aprelin 23-də keçiriləcək. Belə ki, "Xəzər Lənkəran" çempionluq yarışında əzəli rəqibi "İnter"i "fırtınalar meydanı"nda sınağa çəkəcək.
İlk altılığın digər komandaları - "Qarabağ"la "Qələbə" arasında oyun isə aprelin 24-də Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
23 aprel (cümə)
"Bakı" - "Neftçi"
T.Bəhramov adına Respublika stadionu. Saat 17:15
"Olimpik-Şüvəlan" - "Simurq"
"Şəfa" stadionu. Saat 16:00
"Turan" - "Standard"
Tovuz şəhər stadionu. Saat 16:00
"Xəzər Lənkəran" - "İnter"
Lənkəran şəhər mərkəzi stadionu. Saat 18:00
24 aprel (şənbə)
"Muğan" - "Karvan"
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00
"Qarabağ" - "Qəbələ"
Ağdam rayonu, Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:00
/Fanat.az/