İdman

Ronaldinyo karyerasını bərpa edə bilər

27 İyun 2020 14:33
Baxış: 1 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo karyerasını bərpa edə bilər.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, 40 yaşlı sabiq yarımmüdafiəçinin Argentinada çıxış etmək ehtimalı yaranıb.

Dieqo Maradonanın çalışdırdığı "Ximnasiya" klubu Ronaldinyonun xidmətində maraqlıdır. Bir müddət əvvəl Paraqvayda ev dustağı olan "Barselona" və "Milan"ın keçmiş futbolçusu ilə danışıqlara başlanılıb.

Qeyd edək ki, 2016-cı ildə "Ximnasiya"nın təklifini qəbul etməyən Ronaldinyo 2018-ci ildə "Fluminense"nin heyətində karyerasına son qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.