Futbol üzrə İspaniya 2-ci liqasında 34-cü turun oyunları keçirilib.
Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Hueska" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
"Albasete" hazırda 39 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
Milli.Az