İdman

"Barselona"dan Frenki de Yonq açıqlaması

21 İyun 2020 23:20
0 Şərh     Baxış: 1 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun xidmətindən məhrum olduğunu xəbər vermişdik. 

Milli.Az matc.az-a istinadən bildirir ki, Kataloniya təmsilçisi zədə səbəbindən İspaniya La Liqasının 30-cu turunda "Sevilya" ilə qarşılaşmanı da buraxmaq məcburiyyətində qalan gənc futbolçu ilə bağlı yeni açıqlama yayıb.

23 yaşlı futbolçu hələ bir müddət komandasına kömək edə bilməyəcək. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə dəqiq bilinmir. Klubun yaydığı məlumata görə, bu, futbolçunun müalicəsinin gedişatından asılı olacaq.
 
Kataloniya təmsilçisindəki ilk mövsümünü keçirən De Yonq bu komandada 38 oyuna çıxıb, 2 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.