İdman

"Bavariya" ardıcıl 8-ci dəfə Almaniya Bundesliqasının qalibi oldu

17 İyun 2020 08:17
0 Şərh     Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya" futbol klubu ardıcıl 8-ci dəfə Almaniya Bundesliqasının qalibi oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, Münhen şəhərinin təmsilçisi bu gün səfərdə Bremen təmsilçisi "Verder" üzərində 1:0 hesablı qələbə qazanaraq 32 oyundan sonra xallarının sayını 76-ya çatdırıb.

"Bavariya"nın turnir cədvəlində 66 xalla ən yaxın izləyicisi olan Dortmund "Borussiya"sı Münhen təmsilçisinə çatmaq şansını itirdi.

Beləliklə, "Bavariya" futbol üzrə Almaniya çempionatının 30-cu dəfə, ardıcıl olaraq isə 8-ci dəfə qalibi oldu. Bundan əlavə Münhen təmsilçisi 19 dəfə Almaniya Kubokunun və 7 dəfə Superkubokun qalibi olub. Klub 5 dəfə Çempionlar Liqasında qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.