İdman

İbrahimoviç İsveçdə qaydaları pozdu

16 İyun 2020 10:15
0 Şərh     Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İsveçdə olarkən koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq olunan tibbi protokol qaydalarını pozub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu İsveç çempionatının 1-ci turunda  "Ostersund" üzərində 2:0 hesablı qələbə qazanan "Hammarbü" klubunu təbrik etmək üçün paltardəyişmə otağına girib. Qaydalara görə isə paltardəyişmə otağına yalnız futbolçu və məşqçilərin girişinə icazə verilib.

Qeyd edək ki, Z.İbrahimoviç "Hammarbü" klubunun sahibidir. Onun sözügedən klubda oynaya biləcəyi iddiaları yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.