İdman

İtaliyada futbolçular koronavirusa yoluxarsa, çempionat ləğv ediləcək

10 İyun 2020 08:57
0 Şərh     Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina iyunun 20-də bərpa olunacaq futbol çempionatının necə keçiriləcəyi barədə danışıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o bildirib ki, futbolçular arasında koronavirusa yoluxma qeydə alınsa, matçlar yenidən dayandırılacaq və çempionat ləğv ediləcək.

Bu halda ölkə çempionunu, avrokuboklara gedəcək komandaları, eləcə də liqadan düşəcək komandaları təyin etmək üçün pley-off təşkil olunacaq.

İtaliya mətbuatı yazır ki, bir sıra klublar bu təkliflə razı deyil.

Qeyd edək ki, İtaliya A seriyası iyunun 20-də Torino-Parma matçı ilə bərpa olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.