İdman

Rakitiç "Barselona"dan ayrılmaq istəmir

8 İyun 2020 10:27
0 Şərh     Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın futbolçusu İvan Rakitiç son vaxtlar komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,xorvatiyalı yarımmüdafiəçi "AS" nəşrinə açıqlamasında hələ bir müddət Kataloniya klubunda qalacağını düşündüyünü deyib:

"Mənə başqa şeylər haqda düşünmək lazım deyil. Son vaxtlar yaxşı məşq edirəm, özümü yaxşı hiss edirəm və əminəm ki, hələ daha bir müddət "Barselona"da qalacağam. Mövsüm bərpa olunduqdan sonra şadlanmaq və əylənmək niyyətindəyəm. Bu isə o deməkdir ki, "Barseloan" ilə daha çox kubok qazana bilərəm".

Qeyd edək ki, "Barselona"nın Rakitiçi satmaq istədiyi haqda xəbərlər yayılıb. Onun adı daha çox "İnter"lə hallanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory