İdman

FİFA Türkiyə klubuna transfer qadağası qoyub

5 İyun 2020 21:23
Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA Türkiyə klubu "Ankaragücü"nü cəzalandırıb.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, ali futbol qurumu Super Liqa təmsilçisinə 3 "transfer pəncərəsi"ndən istifadəyə qadağa qoyub.

Buna səbəb paytaxt klubunun ötən mövsüm müqaviləsini təktərəfli ləğv edən fransalı müdafiəçi Toma Ertoya olan 2 milyon 295 milyon avroluq borcunu ödəməməsidir. Ankaralıların eyni zamanda yarımmüdafiəçi Alessio Çerçiyə də borcunu (1,6 milyon avro) ödəmədiyi müəyyənləşib.

Qeyd edək ki, UEFA iki gün əvvəl Türkiyənin digər klubu "Trabzonspor"u 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.