"Napoli"nin müdafiəçisi Kalidu Kulibali karyerasını Premyer Liqada davam etdirə bilər.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" Kulibaliyə görə "Napoli"yə rəsmi təklif göndərib. "Qırmızı şeytanlar" 80 milyon avro ödəməyə hazırdı. "Neapol" klubunun seneqallı futbolçu qarşılığında minimum 100 milyon avro tələb etdiyi bildirilir.
Qeyd edək ki, Kulibali cari mövsümdə 21 matçda meydana çıxıb.
Milli.Az