İdman

Mariana Vasileva FIG prezidentinin layihəsinə ekspert kimi dəvət alıb

2 İyun 2020 17:05
Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən "əməkdar məşqçi" adına layiq görülmüş Mariana Vasileva FIG prezidenti Morinari Vatanabenin layihəsinə ekspert qismində dəvət alıb.

Milli.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, "Bədii gimnastika üzrə islahat layihəsi" M. Vatanabe tərəfindən 2018-ci ilin əvvəllərində irəli sürülüb. Layihənin məqsədi bədii gimnastikanın daha cəlbedici, ədalətli və geniş insan kütləsi tərəfindən daha anlaşıqlı edilməsindən ibarətdir. Layihənin əsas istiqamətlərindən biri isə bədii gimnastikada artistizmə görə qiymətləndirmə sistemini təkmilləşdirməkdir.

Bu məqsədlə, son dünya çempionatının reytinq siyahısında ən yüksək yerləri tutmuş ölkələrin Baş məşqçilərinə layihə ilə bağlı öz təkliflərini və ideyalarını bölüşmək imkanı yaradılmışdır.

Azərbaycan yığmasının Baş məşqçisi M. Vasileva da artistizmə görə ədalətli qiymətləndirmə sisteminin yaradılmasına dair idealarını bölüşmək, eləcə də iyul ayında layihə çərçivəsində keçiriləcək video-konfransda iştirak üçün dəvət alıb.

Toplanmış təklif və ideyalar bədii gimnastika üzrə növbəti Qaydalar toplusunu yekunlaşdırmaqda FIG-nin bədii gimnastika üzrə Texniki Komitənin işində yardımçı olacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.