İdman

Premyer Liqa klublarında koronavirus qalmadı

31 May 2020 16:34
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasında mübarizə aparan klublar növbəti dəfə koronavirus testindən keçiblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,20 klubun futbolçu və məşqçi heyətindən, eləcə də digər işçilərindən mayın 28-29-da götürülən 1130 testin hamısı mənfi çıxıb.

May ayında klublardan daha 3 dəfə test götürülüb. Birinci mərhəldə üç klubda altı, ikinci mərhələdə iki klubda iki, üçüncü mərhələ isə iki klubda dörd müsbət nəticə qeydə alınmışdı.
 
Qeyd edək ki, mart ayından koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqasının iyunun 17-dən bərpa ediləcəyi açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.