İdman

Millimizin üzvü klubundan ayrıldı - Rəsmi

28 May 2020 13:56
Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyanın "Austriya" (Klaqenfurt) klubu 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Barış Ekincierlə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə ikinci liqa təmsilçisinin  saytı məlumat yayıb. İcarə əsasında "Austriya"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyulun 1-də müqavilə ilə məxsus olduğu Almaniyanın "Bohum" klubuna qoşulacağı bildirilib.

Ekincier klubdan ayrılması ilə bağlı deyib: "Təəssüf ki, işlər hər iki tərəfin ümid etdiyi kimi getmədi. Ancaq komandada özümü çox rahat hiss edirdim".

B.Ekincier komanda yoldaşları ilə vidalaşan zaman ona "Austriya" bütün futbolçuların imzaladığı forma təqdim edilib.

Qeyd edək ki, millimizin üzvünün "Bohum"la müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.