İdman

"Futbolçulardan 15-20 gün əlavə oynamalarını istəsək, problem yaratmayacaqlar" - "Qarabağ" rəsmisi

8 May 2020 15:44
0 Şərh     Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş meneceri Asif Əsgərov "Xəzər TV"yə açıqlama verib.

Milli.Az Sportal.az-a istinadən xəbər verir ki, klub rəsmisi koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətdə müqaviləsi başa çatan futbolçuların durumundan danışıb.

"İndiki halda futbolçu müqaviləsinin başa çatdığını söyləyərək, gedə bilər. Müqaviləsi tamamilə bitən, amma icarədə olan oyunçular da var. Digər hal isə futbolçunun müqaviləsinin başa çatmasına 6 ay qalmış başqa klubla saziş bağlamasıdır.

"Qarabağ"a gəldikdə, futbolçular hər zaman bizdən razı ayrılıblar. Müqaviləsi davam edənlər indiyədək problemlə üzləşməyib. Düşünürük ki, hər hansı futbolçumuza 15-20 gün artıq qalıb, oynamağını istəsək, ən azı insanlıq cəhətdən problem yaratmayacaq".

Avropa Klublar Assosiasiyasında İşçi Qrupun sədr müavini olan Əsgərov bildirib ki, yay transfer pəncərəsinin indiki halda avqust və ya sentyabrda açılacağından hər hansı futbolçu klubunu dəyişməsi ilə əlaqədar problem yaşamayacaq:

"FIFA-nın tövsiyəsi odur ki, avqustun 3-dək çempionatları başa çatdıraq. Liqanı yekunlaşdırmaq üçün çempionatın bərpa vaxtını müəyyənləşdirməliyik. Liqada 8 tur qalıb və kubok matçları var. Bərpa vaxtını bilsək, futbolçulara klubda əlavə neçə gün qalacaqlarını deyə biləcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.