İdman

Bu ay daha bir ölkədə çempionat bərpa olunacaq

5 May 2020 14:08
0 Şərh     Baxış: 1 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyasına görə təxirə salınan daha bir ölkə çempionatının bərpa tarixi müəyyənləşib. 

Milli.Az Sport24.az-a istinadən xəbər verir ki, Macarıstan çempionatı mayın 30-dan etibarən davam etdiriləcək.

Bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilib ki, martın 14-də dayandırılan çempionat qaldığı yerdən davam etdiriləcək. Bundan bir həftə öncə, mayın 23-də isə Macarıstan kubokunun qarşılaşmaları keçiriləcək.

Açıqlamada o da bildirilib ki, çempionatın iyunun sonuna kimi başa çatdırılması planlaşdırılır. Bu üzdən də komandalar ən azı 3 gündən bir oyuna çıxmaq məcburiyyətində qalacaqlar.

Bundan başqa, klublar həftədə iki dəfə və matçdan öncə bütün futbolçulardan koronavirusla əlaqədar analiz götürməlidilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.