İdman

Materatsi Zidanla baş verən hadisəni ilk dəfə anlatdı

4 May 2020 15:34
1 Şərh     Baxış: 2 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2006-nın İtaliya - Fransa finalında yaşanan həmin hadisədən təxminən 14 il keçir. Fransanın kapitanı Zinəddin Zidan rəqib müdafiəçi Marko Materatsinin sinəsinə kəllə ilə vurub, onu yerə sərmişdi.

Fransız ulduz peşəkar karyerasının son matçında qırmızı vərəqə almışdı. Penaltilər seriyasında qalib gələn İtaliya 4-cü dəfə dünya kubokunu qazandı.

Ancaq çox insana Zidanın Materatsini vurmağının səbəbi maraqlandırırdı. Əvvəlcə italiyalının Zidanının anasını təhqir etdiyi barədə xəbərlər yayıldı. Lakin bir müddət keçəndən sonra Materatsi Zidanın anası deyil, bacısı barədə xoşagəlməz söz dediyini etiraf etdi.

"Anam 15 yaşımda olarkən vəfat etdi. Mən heç vaxt onun anasını söymərəm. Bacısı barədə söz demişdim", - İtaliya millisinin keçmiş üzvü bildirmişdi.

Bəs o, nə dedi ki, Zidan dəliyə döndü? Nəhayət, 14 il sonra Materatsi hər şeyi anlatdı. 

Milli.Az Sportal.az-a istinadən xəbər verir ki, "Instagram" hesabında canlı yayım açan keçmiş müdafiəçi üstüörtülü qalan məsələdən danışıb.

"Zidanın kəlləsi? Mən bunu həmin an gözləmirdim. Bəxtim gətirdi ki, buna hazır deyildim. Əgər qarşıdurmaya hazır olsaydım, ikimiz də meydandan qovulacaqdıq. Meydanda aramızda bir az təmas var idi. İlk hissədə komandasının qolunu penaltidən vurdu.

Baş məşqçimiz Marçello Lippi mənə tapşırdı ki, Zidana nəzarət elə. Aramızdakı ilk sərt mübarizədən sonra üzr istədim, amma pis reaksiya verdi. Bu mübarizə 110 dəqiqə davam etdi. Üçüncü sərt mübarizədən sonra əsəbləşdim və qışqırdım. O, mənə tərəf baxıb dedi ki, sənə formamı verəcəm. Ancaq bunu lağ edərək söylədi. Cavab verdim ki, bacının formasnını seçərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.