İdman

"Liverpul"un çempion olmaması insafsızlıq olar"

4 May 2020 13:39
1 Şərh     Baxış: 1 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hamı çempionatın tamamlanmasını və nəticələrin meydanda bəlli olmasını istəyir. Hər şeyin belə sona yetməsi çox pis olar".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Tottenhem"in kapitanı Huqo Loris koronavirus pandemiyasına görə Premyer Liqada mövsümün ləğvi ehtimalından danışarkən deyib.

Fransalı qapıçı "L'Equipe" nəşrinə açıqlamasında belə bir qərar veriləcəyi təqdirdə ən çox "Liverpul"a haqsızlıq olacağını bildirib: "Nəticələrin ləğv edilməsi xüsusilə çempionluğa çox yaxın olan "Liverpul"a qarşı insafsızlıq olar. Mövsümün ən həyəcanlı dönəminə girmək üzrəydik. Heç kim Premyer Liqanın belə bitməsini istəmir".

Qeyd edək ki, Premyer Liqa 29-cu turda dayandırılıb. Turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" (57) 2-ci, "Lester" (53) 3-cü, "Çelsi" (48) 4-cü, "Mançester Yunayted" (45) 5-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.