İdman

UEFA pley-off, Millətlər Liqası və seçmə oyunlarla bağlı qərar verilmədiyini açıqladı

3 May 2020 14:41
0 Şərh     Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AVRO-2020-nin pley-offu, Millətlər Liqasının 2020/21 mövsümü və DÇ-2022-nin Avropa zonası üzrə seçmə oyunlarının taleyinə hələ aydınlıq gəlməyib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu UEFA açıqlayıb.

Qurumdan bildirilib ki, milli komandaların iştirakı ilə keçirilən bu turnirlərin koronavirus pandemiyası üzündən təxirə salınan, həmçinin baş tutması təhlükə altında olan oyunları barədə yekun qərar hələ də verilməyib: "Biz müxtəlif variantları araşdırırıq. Lakin indiki mərhələdə heç bir qərar qəbul olunmayıb. Hazırda bu suallarla bağlı digər informasiyamız yoxdur".

Qeyd edək ki, AVRO-2020-nin pley-off matçları martda baş tutmalı idi. Püşkatması martda keçirilən Millətlər Liqası sentyabr-noyabrda, DÇ-nin seçmə oyunları isə 2021-ci ilə planlaşdırılırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.