İdman

Millimizin üzvü Belarus klubunda

30 Aprel 2020 14:14
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova Belarusun "Minçanka" klubuna keçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. 27 yaşlı hücumçu 2020/2021 mövsümündə bu komandada oynayacaq.

O, yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək .

"Minçanka" Rusiya çempinatında mübarizə aparır.

Qeyd edək ki, M.Əzizovanın son klubu "Radomka" (Polşa) olub. O, ölkə xaricində çıxış etdiyi üçün koronavirus pandemiyası səbəbindən Azərbaycana qayıdarkən karantinə alınan milli komandanın üzvlərindən biri idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.