"Barselona"nın müdafiəçisi Nelson Semedunun mövsümün sonunda "Mançester Siti"yə keçəcəyi gözlənilir.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Barselona" Semedu qarşılığında Joau Kanselunu heyətinə qatacaq. "Mançester Siti"nin əlavə ödəniş edəcəyi də bildirilir.
Tərəflər artıq anlaşmaq üzrədilər. Güman ki, yaxın günlərdə tam razılıq əldə olunacaq.
Katalon klubu əvvəl Semedunu 45 milyon avroya satmağı planlaşdırırdı.
Milli.Az