İdman

Olimpiya və dördqat Avropa çempionu Yanis Lusis vəfat edib

30 Aprel 2020 08:18
0 Şərh     Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SSRİ milli komandasının tərkibində Mexiko Olimpiya Oyunlarının qalibi, nizə atıcısı Janis Lusis 81 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Latviya Atletika İttifaqın məlumat yayıb.

O, 1968-ci il Olimpiadasını qazanmaqla yanaşı, 1972-ci ildə gümüş, 1964-cü ildə isə bürünc medala sahib olub.

İki dəfə dünya rekordunu qıran Lusis, həm də 4 dəfə Avropa çempionu adını qazanıb.

1987-ci ildə Beynəlxalq Atletika Federasiyaları Birliyi Luisisi idman tarixinin ən yaxşı atıcısı adına layiq görüb. 2014-cü ildə isə atletikanın inkişafına xüsusi töhfəsinə görə Beynəlxalq Federasiyanın Şöhrət Zalına daxil edilib.

Qeyd edək ki, Lusis son illərdə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.