İdman

MMA döyüşçüsü Cavid Hüseynova “futbol”da qalib gəldi

29 Aprel 2020 14:46
2 Şərh     Baxış: 1 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı idmançılar "PlayStation"da qüvvələrini sınayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İTV-də yayımlanan "Evdə Qol" verilişinin qonaqları MMA üzrə "Rizin" Qran-Pri kəmərinin sahibi Tofiq Musayevlə "Zirə" klubunun yarımmüdafiəçisi Cavid Hüseynov olub.

Onlar virtual yarışın 1/4 finalında qarşılaşıb. Cavid İngiltərənin "Liverpul", Tofiq isə İspaniyanın "Real" klubunu seçib. İlk oyunda Cavidin komandası 1:0 qələbə qazansa da, Tofiq ikinci oyunda revanşı artıqlaması ilə alıb - 4:1.

Beləliklə, Tofiq Musayev yarımfinala çıxıb. Onun bu mərhələdəki rəqibi 1/4 finalın ilk görüşündə futzal millimizin və "Araz" klubunun qapıçısı Rövşən Hüseynliyə qalib gəlmiş taekvondoçu Ayxan Tağızadə olacaq.

Qeyd edək ki, bu gün 1/4 finalda futbolçu Ramil Şeydayevlə cüdoçu Hidayət Heydərov, sabah isə güləşçi Hacı Əliyevlə boksçu Alfonso Dominges qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.