İdman

"Formula-1" üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlandı

28 Aprel 2020 16:10
0 Şərh     Baxış: 2 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçirilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.

Qeyd olunur ki, ilkin yarış cədvəlinə əsasən 2020-ci il mövsümündə 17 mərhələ baş tuta bilər.

Nəzərdə tutulan cədvəl reallaşdırılsa, mövsümün ilk yarışı Avstriyada keçiriləcək.

İlk yarışın iyulun 5-də və 12-də Şpilberqdə keçirilməsi planlaşdırılır. Son mərhələ isə dekabrın 13-də Əbu-Dabidə keçiriləcək. Bakıdakı yarış mövsümün yeddinci mərhələsi ola bilər.

Xatırladaq ki, mart ayında Bakı Şəhər Halqası əməliyyat şirkəti koronavirus pandemiyası ilə əlaqədar iyunun 5-7-də nəzərdə tutulmuş mərhələni təxirə salmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.