İdman

Premyer Liqada daha bir klub maaşları azaltdı

26 Aprel 2020 14:25
0 Şərh     Baxış: 780
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Aston Villa" klubu koronavirus pandemiyasına görə yaranmış iqtisadi çətinliklərlə əlaqədar futbolçularının məvacibini azaldıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin futbolçu və məşqçi heyətinin maaşında 25 faizlik endirim edilib.

Qarşıdakı dörd ay ərzində məvaciblər məhz bu formada ödəniləcək. Klub bununla həm maddi itkilərini azaltmaq, həm də digər işçilərini saxlamaq məqsədi güdür.

Qeyd edək ki, "Aston Villa" yarımçıq dayandırılmış Premyer Liqada 28 oyuna topladığı 25 xalla 19-cu pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.