İdman

İtaliya klubu koronavirus zəfərini rəsmən açıqladı

24 Aprel 2020 12:44
0 Şərh     Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Sampdoriya" klubunda koronavirusa yoluxan bütün futbolçular sağalıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, klubda koronavirus testi müsbət çıxan bütün futbolçular və məşqçilər tamamilə sağalıb. Onlardan götürülən sonuncu analizlərin cavabı mənfi çıxıb.
 
"Sampdoriya"da daha öncə 15 nəfərin koronavirusa yoluxduğu açıqlanmışdı. Onların arasında futbolçular Manolo Qabbyadini, Albin Ekdal, Antonino La Qumina, Morten Torsbi, Yakub Yankto, Fabio Depaoli və Bartoş Bereşinski də var idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.