İdman

“Virusu ölkəyə mən gətirmədim, yardım da etmirəm”

23 Aprel 2020 23:53
0 Şərh     Baxış: 3 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Toqo millisinin sabiq futbolçusu Emmanuel Adebayor koronavirusla bağlı maraqlı açıqlama verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hazırda Paraqvayın "Olimpiya" klubunda çıxış edən təcrübəli hücumçu belə bir dövrdə heç kimə yardım etmək fikrində olmadığını bildirib:

"Koronavirusu Toqoya mən gətirmədim, yardım da etmirəm. Məni Samuel Eto O və Didye Droqba ilə müqayisə edib, xeyriyyə fondu qurmadığımı, niyə indiyədək yardım etmədiyimi soruşanlar üçün üzgünəm. Amma mən onlar deyiləm. Mən Emmanuel Adebayoram və hər zaman istədiyimi edəcəyəm. Nə istəsəm, onu yeyir, nə istəsəm, onu edirəm. Toqoya yardım etmədiyim üçün məni tənqid edənlər olacaq. Bəziləri virusu ölkəyə mənim gətirdiyimi düşünür. Bu ölkə belədi".

Qeyd edək ki, Emmanuel Adebayor karyerası ərzində "Monako", "Arsenal", "Mançester Siti", "Tottenhem", "Real", "Kristal Pelas", "Başakşəhər", "Konyaspor" kimi klubların da formasını geyinib. O, Toqo yığmasında 87 oyuna çıxıb, 32 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.