İdman

Millimizin futbolçuları karantin günlərini necə keçirirlər?

23 Aprel 2020 18:39
2 Şərh     Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli komandamızın bəzi üzvləri karantin günlərini necə keçirdikləri ilə bağlı danışıb.

Milli.Az AFFA-nın rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Emin Mahmudov vaxtını daha çox uşaqları ilə keçirdiyini söyləyib: "Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram".

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev karantin günlərini necə keçirdiyi ilə bağlı bunları bildirib: "Karantinin əsas üstünlüyü ailəmə daha çox vaxt ayırmağımdır - uşaqlarımla oynaya bilirəm".

Komandamızın digər qapıçısı Emil Balayev isə qida rasionuna xüsusi diqqət yetirdiyini vurğulayıb: "İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm, çalışıram bol vitaminli meyvələrə üstünlük verim".

Millimizin hücumçusu Ramil Şeydayev də əsasən idman etdiyini, formasını qorumağa çalışdığını deyib: "Filmlər də izləyirəm. "Centlmenlər"ə baxmağı hamıya tövsiyə edirəm".

Digər hücumçumuz Renat Dadaşov isə bildirib ki, karantin günlərində məşq edir və ev işlərinin görülməsinə köməklik göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.