"Ayaks" klubu futbolçusu Donni van de Beeki "Real"a satmaq istəyir.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. "Ayaks" koronavirus pandemiyası səbəbindən klubda yarana biləcək maliyyə böhranını tənzimləmək üçün Donnini "kral klubu"na satmaq istəyir.
"Ayaks"ın yetirməsi olan 22 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayına qədərdir. Donninin transfer dəyəri 44 milyon avrodur.
Milli.Az