Ronaldonun 70 milyonluq yeni MALİKANƏSİ - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kriştiano Ronaldonun futbol karyerasını başa vurduqdan sonra yaşayacağı dəbdəbəli malikanənin tikintisi tamamlanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 milyon funt sterlinq (təxminən 69 milyon manat) dəyərində olan bu möhtəşəm yaşayış evi üç illik tikinti prosesindən sonra hazır vəziyyətə gətirilib.
8 yataq otağından ibarət olan malikanədə bir neçə hovuz, yeraltı avtomobil dayanacağı, ağıllı istilik sistemi, idman zalı, şəxsi kinoteatr və masaj otağı kimi yüksək komfortlu imkanlar mövcuddur. Ev Portuqaliyanın paytaxtı Lissabondan təxminən 50 kilometr aralıda, sahil ərazisində yerləşir və ölkənin ən iri və ən bahalı şəxsi mülklərindən biri hesab olunur.
Daxili tərtibatda italyan mərməri, qızıl örtüklü kranlar, eləcə də cütlüklər üçün xüsusi hazırlanmış "Louis Vuitton" divar sənət nümunələri diqqət çəkir. Ronaldo eyni zamanda övladları üçün oyun meydançaları və xüsusi çimərlik zonalarının da yaradıldığını bildirib.
Portuqaliya mətbuatının yazdığına görə, bu malikanə ulduz futbolçunun təqaüd sonrası həyat tərzinə tam uyğun şəkildə layihələndirilib və bütün zəruri rahatlıqları özündə birləşdirir.
Xatırladaq ki, karyerası ərzində 5 dəfə "Qızıl top" mükafatını qazanan Kriştiano Ronaldo 1000 qol həddinə çatdıqdan sonra futboldan ayrılacağını açıqlayıb. "Forbes"in məlumatına əsasən, o, futbol tarixində karyerası boyunca 1 milyard dollar qazanan ilk oyunçu kimi də adını tarixə yazdırıb.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı - (Video)
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı
-
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
-
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
-
Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
-
Xalq artisti vəsiyyətini açıqladı: Bütün var-dövlətini ona verəcək - (Video)
-
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək
-
“Real” Mourinyonu istefaya göndərə bilər
-
Məşhur restoranda yoxlama keçirildi
-
16 yaşlı hindistanlının dişi gözündən çıxdı
-
Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi
-
Nəfəsdən ailəsi ilə bağlı üzücü xəbər - (Video)
-
"Mançester Yunayted" və "Liverpul" onun uğrunda mübarizə aparır
-
Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
-
Kamran Əliyevdən yeni təyinatlar
-
Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi
-
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - (Foto)
-
Şəki Xan Sarayına kimlər daha çox gedir: Yerli, yoxsa xarici turistlər?
-
“Navai” azadlığa buraxıldı
-
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Nizami rayon prokuroru vəzifəsindən azad edildi
-
Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
-
Azərbaycanda elektron ticarətlə bağlı yeni qaydalar gəlir





