Cəmiyyət

Bəzi ərazilərdə işıq olmayacaq - Saat 11:00-dan

7 Yanvar 2026 10:14
Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bu gün Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 1 saylı hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Köhnə Amankənd, Muğan, Yuxarı Ağalı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.