Azərbaycanda tələbələrə əlavə təqaüd VERİLƏCƏK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) "Su ehtiyatlarının idarə edilməsi" magistr proqramına qəbul olan bütün tələbələrə əlavə təqaüd veriləcək.
Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ADNSU ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Dövlət Agentliyi magistr proqramında təhsil alan həmin tələbələrə verilməsi üçün ADNSU-ya ümumilikdə 18 min manat vəsait köçürüb.
"Təhsil təqaüdü" adlanan bu vəsait 2025-2026-cı tədris ili üçün elan edilən "Su ehtiyatlarının idarə edilməsi" magistr proqramına qəbul olan tələbələrə veriləcək.
Məlumata görə, UFAZ-da ilk dəfə ötən ilin setyabrından tədris olunan "Su ehtiyatlarının idarə olunması və mühafizəsi" ixtisası üzrə magistr pilləsində hazırda 9 tələbə təhsil alır.
Xatırladaq ki, Dövlət Agentliyi ilə ali təhsil müəssisəsi arasında bu əməkdaşlıq su ehtiyatlarının idarə olunması sahəsində kadr potensialının artırılması məqsədi daşıyır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İmtahanda başqasını əvəz etməyə çalışan şəxs ifşa olundu
-
Bağçalara elektron qəbula başlanılır
-
Qızıl almaq istəyənlərin diqqətinə!
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
XƏBƏR LENTİ
-
Sotu bir milyon manat: Bakıda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər
-
Mələkxanım Eyubovadan həyat yoldaşı ilə bağlı etiraf
-
Atom salat resepti
-
Natiq Şirinov 35 min təzminat alacaq - (Foto)
-
Keçmiş gözəllik kraliçası və sevgilisinin cəsədi Venesuelada dağıntılar altında tapılıb - (Foto)
-
Fərid Namazov baş məşqçi təyin edildi
-
Dünyanın ən güclü 10 pasportu
-
Ermənistanda 2,4 ballıq zəlzələ olub
-
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - Yenilənib
-
Paşinyan Koçaryan barədə: Hamısı həbs olunacaq
-
Fəxri İsmayılova yüksək vəzifə verildi
-
Zelenski: Rusiya mütləq cavab alacaq
-
Makretskis Türkiyə klubunu yox, “Qarabağ”ı seçdi
-
Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək rəsmilər açıqlandı
-
"Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək"
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
Güclü geomaqnit qasırğası olacaq
-
Sabunçuda ağıq qəza - ölən və yaralanan var
-
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək uzanan magistralın açılması üçün iş aparılır
-
Zamiq Əliyevin ölkədən çıxışına qadağa qoyuldu, klubu cərimələdi
-
Dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqi açıqlanıb
-
II Opera Günləri layihəsi “Otello” operasının möhtəşəm premyerası ilə təntənəli şəkildə başa çatdı - (Foto)
-
Böyük Britaniyada nəm salfetlərin satışı qadağan olunur
-
Azərbaycan HHQ komandanı Türkiyədə "Anadolu Qartalı - 2026" təlimində iştirak edib (Foto)





