Cəmiyyət

Həmin ailələrə hər ay 422 manat VERİLİR

13 Mart 2026 12:43
Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci il ərzində 76,1 min aztəminatlı ailənin 336 min ailə üzvünə ünvanlı dövlət sosial yardımı ödənişi təmin olunub, bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 422,4 manat təşkil edib.

Milli.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün ÜDSY sahəsində islahatlar davam etdirilib, ÜDSY-nin təyin edilməsi məqsədilə müəyyən edilən ehtiyac meyarının həddi 2025-ci il üçün 5,6% və ya 15,0 manat artırılaraq 285,0 manat məbləğində müəyyən edilib./Bizim.Media 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.