İdman

"Vaxtında Zoom-u açmamısansa, cəriməni ödə!" - Klopp

14 Aprel 2020 18:36
1 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandasının onlayn-məşqlərindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Klopp, koronavirus pandemiyasına görə yaranmış fasiləyə görə komandanın məşqlərini Zoom tətbiqetməsi ilə izləməyə başladığını və bu üsulla oyunçuların nizam-intizamının yüksək formada qalacağına inandığını bildirib.

"Saat 10-da məşqlərə başlasaq da, 9:30-dan etibarən çatımız aktiv vəziyyətə gətirilir. İlk günlər bütün oyunçular artıq məşqdən öncə hazır vəziyyətdə idilər. Lakin onlar son zamanlar vaxtından əvvəl qoşulmamağa üstünlük verirlər. Buna baxmayaraq məşq başlayan zaman heç kəs gecikmir. Çünki, biz hətta onlayn-məşqə gecikməyə görə onları cərimələyirik. Vaxtında Zoom-u açmamısansa cəriməni ödə!

Bu hadisələrin 2020-ci ildə olmasının müsbət tərəfləri texnologiyanın inkişaf etməsidir. Təsəvvür etmək belə çətindir ki, bunların hamısı 80-ci illərdə olsa idi nələr baş verərdi" - deyə Yürgen Klopp bildirib.

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqada birinci pillədədir və ikinci olan "Mançester Siti"ni 25 xal qabaqlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.