Türkiyənin "Qalatasaray" futbol klubu uruqvaylı qapıçı Fernando Muslera ilə müqaviləni daha dörd il müddətinə uzadacaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klubun baş məşqçisi Fatih Terim də F.Musleranın klubda qalmasına razılıq verib.
Qeyd edək ki, uruqvaylı qapıçı 2011-ci ildən "sarı-qırmızı"ların formasını geyir.
Milli.Az