Muslera daha dörd il “Qalatasaray”ın formasını geyəcək

13 Aprel 2020 13:24

Türkiyənin "Qalatasaray" futbol klubu uruqvaylı qapıçı Fernando Muslera ilə müqaviləni daha dörd il müddətinə uzadacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klubun baş məşqçisi Fatih Terim də F.Musleranın klubda qalmasına razılıq verib.

Qeyd edək ki, uruqvaylı qapıçı 2011-ci ildən "sarı-qırmızı"ların formasını geyir.

Milli.Az