İdman

“Fənərbaxça”nın baş məşqçi postuna əsas namizəd müəyyənləşib

7 Aprel 2020 22:37
0 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, fransalı Loran Blan İstanbul klubunun "sükanı arxası"na keçə bilər.

Bir müddət əvvəl Ərsun Yanalla yollarını ayıran "Fənərbaxça" axtarışlarını ölkə xaricində davam etdirir. 2016-cı ildən işsiz olan 54 yaşlı Blan isə bu posta ən uyğun variant hesab olunur.

Qeyd edək ki, Blan karyerası ərzində "Bordo", Fransa millisi və PSJ-ni çalışdırıb. O, Paris təmsilçisi ilə üç dəfə ölkə çempionu, eyni sayda Liqa kuboku qazanıb. 2 dəfə ölkə kuboku və 3 Superkuboka da yiyələnən Blan "Bordo"da da 4 titula yiyələnib. O, çempionluq, bir Liqa kuboku və iki Superkuboka sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.