İdman

"Bu mövsüm avrokuboklar bərpa olunmaya bilər" - UEFA prezidenti

7 Aprel 2020 16:49
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ən gec avqustun 3-də başa çatmalıdır. ÇL-in finalı da bu tarixdə ola bilər".

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin Sloveniya mətbuatına açıqlamasında avrokubokların bərpası ilə bağlı danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası nə qədər tez başa çatarsa, matçlar da bir o qədər tez başlaya bilər.

A.Çeferin ÇL və AL-in yerdə qalan oyunlarının yeni formatda davam etdirilə biləcəyini də istisna etməyib: "Avrokubok qarşılaşmalarını neytral stadionlarda və 1 oyundan ibarət sistemlə də keçirmək olar. Hələlik "8-lər finalı" və "4-lər finalı" kimi ehtimallar da var".

Qitə futbol qurumunun rəhbəri avrokubok matçlarının may, iyun və ya iyul ayında başlaya biləcəyini vurğulayıb: "Amma turnirlər bərpa olunmaya da bilər. Səlahiyyətli qurumlar icazə verməsələr, oyunlar olmayacaq. Hər şey ölkələrin verəcəyi qərarlardan asılıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.