İdman

La Liqa nəhəngi maaşları azaltdı

3 Aprel 2020 14:49
0 Şərh     Baxış: 1 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Atletiko"da futbolçuların və məşqçilərin maaşları koronavirusa görə yaranan böhranla əlaqədar 70 faiz azaldılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, komandanın futbolçuları, məşqçiləri ilə yanaşı idarə heyətinin üzvləri də maaşlarının azaldılmasına razı olublar.

Madrid klubunun 430 işçisinin ödənişlərində isə heç bir kəsinti olmayacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb. Daha öncə "Barselona"da maaşların koronavirus pandemiyasına görə 70 faiz azaldıldığı açıqlanmışdı. "Betis"də isə 15 faizlik endirim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.