İdman

“Barselona” pandemiyanın müflis etdiyi ilk klub ola bilər

28 Mart 2020 08:42
0 Şərh     Baxış: 1 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasına görə İspaniyanın "Barselona" klubu müflis ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə bir bəyanatla Avropa Klubları Assosiasiyasının (ECA) martın 27-də keçirilən iclasında Almaniyadan olan top-menecerlərdən biri çıxış edib.

"Əgər planlaşdırılmayan nəsə baş versə, "Barselona" müflis olan ilk klub olacaq", - deyə menecer bildirib.

Onun sözlərinə əsasən, koronavirus pandemiyası Kataloniya klubunun gəlirinə güclü təsir göstərib və əlavə edib ki, "Barselona" 140 milyon dollarlıq itki ilə üzləşə bilər.

Qeyd edək ki, klubun rəhbərliyi artıq iş gününün və əməkdaşların maaşlarının azaldıldığını elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.