İdman

Koronavirusun futbola ziyanı: İtirilən milyardlar

19 Mart 2020 17:44
0 Şərh     Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun Avropanı cənginə alması qitə futboluna böyük zərbə vurdu.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, oyunların təxirə salınması ilə klublar yayım, bilet, sponsor gəlirlərindən məhrum oldu. İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa çempionatlarının təxirə salınması ilə ümumi ziyan 4 milyard avroya yaxınlaşır.

UEFA və Avropanın top-liqalarında 541 qarşılaşmanın taleyi qeyri-müəyyəndir. Ən gəlirli liqa hesab edilən İngiltərə çempionatının 1,25 milyard avro itkiyə məruz qalacağı gözlənilir. İspaniya La Liqası 800-950 milyon avro, Almaniya Bundesliqası 650-750 milyon avro, İtaliya A Seriyası 550-650 milyon avro, Fransa I Liqasının 300-400 milyon avro itki ilə üzləşəcəyi proqnozlaşdırılır.

Futboldan əlavə maliyyə hesabları nəzərə alındıqda isə İngiltərə Premyer Liqasının itkisinin 10 milyard funt-sterlinqdən çox olacağı gözlənilir. "Mançester Yunayted" 613 milyon funt-sterlinq ziyan görüb.

Əgər mövsüm iyunun 30-dək başa vurulsa, itki bu qədər kritik olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.