İdman

"Formula 1"-in yeni mövsümü Bakıda start götürə bilər

18 Mart 2020 20:14
0 Şərh     Baxış: 2 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula 1" rəhbərliyi 20 martda keçiriləcək video-konfransda təqvimlə bağlı nəzərdə tutulmuş mümkün dəyişiklikləri müzakirə edəcək.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Formula 1" rəsmiləri yeni mövsümün 18 yarışdan ibarət olmasını nəzərdən keçirirlər. Çempionatın 24 may - 20 dekabr tarixlərində keçirilməsi gündəmdədi.

Koronavirus pandemiyasının yayılması səbəbindən Avstraliya Qran-prisi ləğv olunub, Çin, Vyetnam və Bəhreyn mərhələləri isə qeyri-müəyyən müddətə təxirə salınıb. Böyük ehtimalla, Niderland, İspaniya və Monte-Karlo etapları da bu sıraya qoşulacaq.

Hələlik F1 rəhbərliyi Monako Qran-prisini keçirmək üçün cəhdlərini davam etdirir. Lakin bu, mümkün olmayacağı təqdirdə, mövsüm 5 iyunda Bakıda start götürə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.