İdman

Koronovirus Formula 1 ilə bağlı planlara təsir göstərməyib - RƏSMİ

12 Mart 2020 16:19
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronovirus Bakıda Formula 1 yarışmasının keçirilməsi ilə bağlı işlərə təsir göstərməyib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat şirkətindən məlumat verilib.

Bildirilib ki, nəzərdə tutulan işlər plana uyğun olaraq həyata keçirilir, hər hansı bir dəyişiklik yoxdur.

Əlavə olunub ki, bilet satışları da öz qaydasında davam edir. Yarış zamanı hər hansı bir tamaşaçı tribunasının ləğvi və ya tamaşaçı sayının azaldılması nəzərdə tutulmayıb.

Qeyd edək ki, paytaxt Bakının ev sahibliyi edəcəyi növbəti yarış 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.