İdman

Belarus futbolunun əfsanəsi karyerasını bitirdi

12 Mart 2020 08:58
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus futbolunun canlı əfsanəsi Aleksandr Qleb karyerasını bitirmək qərarına gəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu 39 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.

"Arsenal" və "Barselona"dakı çıxışı ilə tanınan millinin sabiq kapitanı yanvarda ölkəsinin "İsloç" klubundan ayrıldıqdan sonra işsiz qalıb. Qleb artıq futboldan getməyin vaxtı olduğunu söyləyib: "Çox düşündüm, məsləhətləşdim. Futbolu sevsəm də, oynamaq istəyim getdikcə azalır. Artıq ailəmə, övladlarıma diqqət ayırmaq lazımdır. Doğrudur, yığmamızın Avropa çempionatına vəsiqə şansı olduğu bir ildə futboldan gedirəm. Ancaq millinin mənə ehtiyacı olduğunu bilsəydim, karyeramı davam etdirərdim. Yaya qədər ailəmlə birlikdə istirahət edəcəyəm. Ondan sonra futbolun inkişafı yolunda hansısa bir işin qulpundan yapışacağam".

Qeyd edək ki, Aleksandr Qleb Belarus millisinin heyətində 80 oyun keçirib, 6 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.